UPM MMC tərəfindən hazırlanmış İstehsalat İdarəetmə Sistemi emalatxana, zavod, sənaye müəssisələri və xammal bazalı bütün istehsal sahələri üçün tam uyğunlaşdırılmış bir ERP moduludur. Bu proqram vasitəsilə bütün istehsalat dövrlərinizi planlaya, icra edə və nəzarətdə saxlaya bilərsiniz. Sistem həm xammal təchizatı, həm işçi qüvvəsi, həm də maya dəyərinin təyin olunmasında tam dəstək verir.
Bu proqram həm xırda istehsalat sexləri, həm də böyük zavodlar üçün uyğundur. Daxili və xarici təchizatçılarla işləyən müəssisələr, həmçinin məhsullarının maya dəyərini dəqiq hesablamaq istəyən bizneslər bu sistemdən effektiv şəkildə faydalana bilərlər.
Proqramımız həm aylıq abunəlik, həm də birdəfəlik təslim formatında təklif olunur. Hosting, server, təhlükəsizlik və texniki dəstək xidmətləri daxildir. Müştəri ehtiyacına uyğun olaraq proqramı lokal şəbəkədə və ya cloud üzərindən istifadə etmək mümkündür.
Demo izləyin