Unified Platform Management UPM.AZ
Unified Platform Management UPM.AZ
  • Ünvan : Əhməd Rəcəbli 33, Esra Plaza Business Center, C bloku
  • /
  • Email : info@upm.az
  • Əsas səhifə
  • -Smart Hospital – Rəqəmsal Klinik İdarəetmə Sistemi

Smart Hospital – Rəqəmsal Klinik İdarəetmə Sistemi

smarthospital

“Unified Platform Management (UPM)” MMC olaraq Sizə müasir tələblərə cavab verən Smart Hospital System adlı xəstəxana idarəetmə platformamızı təqdim etməkdən məmnunluq duyuruq.

Sistem klinika və xəstəxanaların gündəlik fəaliyyətini tamamilə rəqəmsallaşdırmaq, idarəetməni asanlaşdırmaq, xəstələrlə ünsiyyəti gücləndirmək və xidmət keyfiyyətini yüksəltmək üçün hazırlanmışdır.

İstədiyiniz halda sistemi ödənişsiz test (pilot) olaraq klinikanızda tətbiq edə, nəticələri birlikdə qiymətləndirə bilərik.

Əsas Modullar və Funksionallıqlar

  • 1. Fakturalandırma: Avtomatik hesab-fakturalar, ödəniş uçotu, sığorta inteqrasiyası, maliyyə balansı.
  • 2. Təyinat: Elektron reseptlər, müalicə kursları, SMS/e-mail bildirişlər.
  • 3. OPD – Ambulator Qeydiyyat: Qəbul, müayinə qeydləri, laboratoriya təyinatları.
  • 4. IPD – Stasionar İdarəetmə: Palata bölgüsü, müalicə və müşahidələr, çıxış sənədləri.
  • 5. Aptek: Dərman anbarı, resept uçotu, istifadə müddəti xəbərdarlıqları.
  • 6. Patologiya: Analizlər, laborator idarəetmə, nəticə hesabatları.
  • 7. Radiologiya: Rəqəmsal nəticələr, görüntü sistemləri.
  • 8. Qan Bankı: Donor və ehtiyat bazası, axtarış və balans.
  • 9. Təcili Tibbi Yardım: Çağırışların izlənməsi, briqada qrafikləri.
  • 10. Doğum və Ölüm Qeydi: Rəsmi sənədlər və statistika.
  • 11. İnsan Resursları: Kadr məlumatları, maaş, performans izlənməsi.
  • 12. Klinika Vəzifə Strukturu: Rol əsaslı idarəetmə və icazələr.
  • 13. İllik Təqvim: Tədbirlər, məzuniyyətlər, xidmət planı.
  • 14. Maliyyə: Əməliyyat uçotu, büdcə planlaşdırılması.
  • 15. Mesajlaşma: Klinikadaxili və həkim–xəstə ünsiyyəti.
  • 16. İnventar: Avadanlıqlar, stoklar və təchizat idarəetməsi.
  • 17. Sənəd Dövriyyəsi: Elektron sənədlər, rəqəmsal arxiv.
  • 18. ID Kart: Xəstə və əməkdaşlar üçün elektron identifikasiya.
  • 19. Zoom Canlı Konsultasiya: Video görüşlər, onlayn resept və ödənişlər.
  • 20. Hesabatlar: Analitik dashboard, statistikalar, strateji analizlər.

Əlavə Yeniliklər

  • Mobil tətbiq: Qeydiyyat, nəticələr və ödənişlərin mobil idarə olunması.
  • AI dəstəyi: Diaqnostika və xəstəlik proqnozu üçün süni intellekt.
  • Bulud əsaslı xidmət: İstənilən yerdən real vaxt rejimində idarəetmə.

Səmərə və Etibar

Nüfuzlu tədqiqatlar (Siemens, IBM, McKinsey & Company və s.) göstərir ki, bu cür sistemlər:

  • Kiçik klinikalarda: 8-12%
  • Orta xəstəxanalarda: 12-20%
  • Böyük səhiyyə müəssisələrində: 15-25% əməliyyat xərclərinə qənaət yaradır.

Yəni bu, sadəcə texnologiya ilə ayaqlaşmaq deyil, real iqtisadi səmərədir.

Əlaqə üçün

Yuxarı qalx